İnterpress.az verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Opel” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Eşqin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(apa)
İnterpress.az