Zimbabvedə vəba epidemiyasında ölənlərin sayı 100-ü ötübbackend

Zimbabvedə vəba epidemiyasında ölənlərin sayı 100-ü ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zimbabvedə nəzarət altına alına bilməyən vəba epidemiyasında 100-dən çox şübhəli ölümün baş verdiyi açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Zimbabve Səhiyyə Nazirliyinin məlumatlarına görə, fevral ayından bəri epidemiya başlayandan bəri 5 mindən çox şübhəli hadisə aşkar edilib, 100-dən çox şübhəli ölüm qeydə alınıb.

Xəstəliklərin artması bu həftə davam edərkən, testlər nəticəsində 30 ölüm və 905 hadisənin vəba səbəbiylə olduğu təsdiqlənib.

Gigiyena şərtlərinə əməl edilmədikdə sürətlə yayılan vəba 2008-2009-cu illərdə ölkədə 4 mindən çox insanın ölümünə səbəb olub. “Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. Təmiz suya olan ehtiyacın ödənilməməsi və təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.