Həkimlər tomoqrafiya aparandan sonra məlum olub ki, Rusiyanın şərqində yaşayan yaşlı qadın bütün ömrünü beyninə 3 sm uzunluğunda iynə ilə keçirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Həkimlər 80 yaşlı qadının valideynlərinin uğursuz abort cəhdi səbəbindən bu vəziyyətə düşdüyünü düşünürlər.
Vəziyyətinin pisləşəcəyindən qorxduğu üçün iynəni çıxarmamağa qərar verilib.
Rusiyanın Saxalin vilayətinin yerli səhiyyə idarəsi bildirib: “Aclıq illərində belə hallar az deyildi. Onun valideynləri yəqin ki, ikinci dünya müharibəsi zamanı övladını ölümə göndərmək qərarına gəliblər. O, doğulduğu gündən 3 sm uzunluğunda iynə ilə yaşayır”.
Müharibə illərində Sovet İttifaqında ərzaq çatışmazlığı adi hal idi və bir çox insan yoxsulluq içində yaşayıb. Yerli səhiyyə departamenti xəstənin heç vaxt zədə səbəbindən baş ağrısından şikayət etmədiyini və heç bir təhlükənin olmadığını bildirib. Onun vəziyyətinin müvafiq həkim nəzarətində olduğu bildirilib.