Hindistanın Maharaştra əyalətində 7 mərtəbəli binada baş verən yanğında ilkin məlumatlara görə 7 nəfər ölüb, 44 nəfər yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. The Times of India qəzetinin xəbərinə görə, 7 nəfərlik bir binada yanğın baş verib.
Mumbay yanğınsöndürmə briqadasının verdiyi açıqlamada, ilkin məlumatlara görə, yanğında 7 nəfərin öldüyü, 44 nəfərin yaralandığı bildirilib.
Açıqlamada yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.
Bildirilib ki, alov binanı əhatə edib və birinci mərtəbədə mağazalara və park edilmiş avtomobillərə keçib.
Hindistan mətbuatında çıxan xəbərdə yanğının təxminən 3 saat ərzində söndürüldüyü paylaşılıb.
Maharaştra Baş Naziri Eknath Shinde açıqlamasında bu “bədbəxt” hadisədə həyatını itirənlərə başsağlığı verib və yaralılara maddi yardım göstəriləcəyini açıqlayıb.