ABŞ-ın Florida ştatında 11 yaşlı uşaq anasının silahı ilə 13 yaşlı iki uşağı güllələyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ-ın Florida ştatında amerikan futbolu məşqindən sonra uşaqlar arasında mübahisə düşüb.
Çərşənbə axşamı Apopka bölgəsində baş verən hadisədə 11 yaşlı uşaq anasının avtomobilindən götürdüyü silahla mübahisə etdiyi 13 yaşlı iki uşağı güllələyib.
Hadisə zamanı xəsarət alan uşaqlara xəstəxanada tibbi yardım göstərilib.
Apopka polis rəisi Mayk MakKinli 11 yaşlı şübhəlinin adam öldürməyə cəhd ittihamı ilə nəzarətə alındığını açıqlayıb.
Hadisədə istifadə edilən silahın qanuni olaraq şübhəlinin anasına qeydiyyata alındığı təsdiqlənsə də, silahı uşağın əlçatan bir yerdə saxladığı üçün anadan pul tələb oluna biləcəyi ifadə edilib.
Digər tərəfdən, Florida məhkəməsi 11 yaşlı şübhəlinin daha 3 həftə həbsdə saxlanmasına qərar verib.
Hadisə zorakılıq nəticəsində baş verib
Şübhəlinin vəkili Robert Mandell qatıldığı televiziya proqramında atışmanın zorakılıq zəminində baş verdiyini deyib. Apopka Polis İdarəsinin hazırladığı hesabatda şübhəlinin hücumun qurbanı olan uşaqlar tərəfindən təqib edildiyi və döyüldüyü bildirilib.