Araşdırma: 2020-ci ildə təxminən 13,4 milyon körpə vaxtından əvvəl doğulubbackend

Araşdırma: 2020-ci ildə təxminən 13,4 milyon körpə vaxtından əvvəl doğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə dünyada təqribən 13,4 milyon körpə vaxtından əvvəl doğulub ki, bu da bütün diri doğulanların təxminən hər 10-dan 1-nə bərabərdir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNICEF) və London Gigiyena və Tropik Tibb Məktəbinin müəllifləri tərəfindən vaxtından əvvəl doğuşlarla bağlı araşdırma dərc olunub.

Hesabatda deyilir: “2020-ci ildə 13,4 milyon körpə vaxtından əvvəl (hamiləliyin 37 tam həftəsindən əvvəl) doğulub ki, bu da bütün diri doğulanların təxminən 10-dan 1-ni təşkil edir”.

Erkən doğuşların uşaqların ilk yaşlarında ölüm hallarının əsas səbəbi olduğunu bildirən hesabatda uşaqlıqda sağ qalma nisbətini artırmaq üçün vaxtından əvvəl körpələrə qayğının gücləndirilməsinə təcili ehtiyac olduğu qeyd edilib.

Bildirilib ki, vaxtından əvvəl doğulanların yetkin yaşda ağır xəstəliklərə, əlilliyə, inkişafda geriləmələrə, həmçinin şəkərli diabet və ürək çatışmazlığı kimi xroniki xəstəliklərə tutulma ehtimalı yüksəkdir.

“Son on ildə dünyanın heç bir regionunda vaxtından əvvəl doğuşların sayında ciddi azalma müşahidə olunmayıb. 2010-2020-ci illər arasında erkən doğuşların qlobal azalması cəmi 0,14 faiz təşkil edib”, – deyə hesabatda qeyd olunub.

Vaxtından əvvəl doğuşlar yüksək gəlirli ölkələrdə də baş verir

Hesabatda 2010-2020-ci illər arasında vaxtından əvvəl doğuşlarla bağlı dərc edilən təxmin və tendensiyaların ölkələr və bölgələr arasında böyük bərabərsizliklər ortaya çıxardığı ifadə edilib. 2020-ci ildə erkən doğuşların təxminən 65 faizi Saharaaltı Afrika və Cənubi Asiyada baş verib. Burada körpələrin 13 faizi doğulub. Onların yarıdan çoxu vaxtından əvvəl doğulub.

Hesabatda erkən doğumun yalnız aşağı və orta gəlirli ölkələrdə görülən bir problem olmadığı və bu vəziyyətin bütün dünyada ailələrə təsir etdiyi açıqlanıb.

Yunanıstanda erkən doğum nisbətləri yüzdə 11,6 və ABŞ-da yüzdə 10 olduğu halda, bəzi yüksək gəlirli ölkələrdə bu statistika yüzdə 10 və ya daha yüksək nisbətlərdə müşahidə edilib.

Zəif ana sağlamlığı və düzgün qidalanmaması da vaxtından əvvəl doğuşun yüksək nisbətinə səbəb olur.