Meksikanın cənubunda immiqrantları daşıyan avtobusun aşması nəticəsində 18 immiqrant həyatını itirib, 37 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Meksikanın Oaxaca Baş Prokurorluğu, immiqrantları daşıyan avtobusun Oaxaca-Cuac magistralının 88-ci kilometrində aşdığını açıqlayıb.
Qəzada 3-ü uşaq olmaqla 18 nəfər ölüb, 37 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası göndərilib, yaralılar xəstəxanalara aparılıb.
Oaxaca Dövlət Mülki Müdafiə Koordinasiyası ölənlərin əksəriyyətinin Venesuelalı mühacirlər olduğunu açıqlayıb.
Oaxaca qubernatoru Salomon Jara verdiyi açıqlamada qəzadan “dərin kədərləndiklərini” və yaralılara tibbi dəstək verəcəklərini bildirib.