Çünki Azərbaycan Aİ-nin etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Nurlan Qələndərli bildirib.
O, Avropa Parlamentinə haqlı və maraqlı sual ünanlayıb: Avropa Parlamenti nə üçün 3-5 ermənipərəst və “pulpərəst” (maddiyyatçı) deputatın siyasi oyuncağına çevrilib? “Avropa dəyərləri” adlandırdıqları insan hüquqlarından, sivil dəyərlər üzərində bərqərar olunmuş cəmiyyətdən, qarşılıqlı hörmətdən danışan bu qurumun imici nə üçün belə ayaqlar altına atılır? Hər halda, qurumun özü və başbilənləri düşünsünlər, özləri bu suallara cavab versinlər!”.
Siyasi şərhçi bildirib ki, heç bir hüquqi qüvvəyə malik olmayan “qətnamə”nin – kağız parçasının qəbulunun Azərbaycanın müstəqil siyasətinə və ictimai rəyə təsiri yoxdur:
“Beynəlxalq ictimaiyyət görür ki, özlərinin yazıb – oxuduqlarl belə “namə”lər fonunda Avropa Parlamenti siyasi şou-biznes səhnəsinə çevrilib. AP bir qrup siyasi korrupsioner deputatın canfəşanlığı və erməni lobbisinin təşəbbüsü ilə Azərbaycan əleyhinə qərəzli “müzakirə” platformasına çevrilməklə, əslində, Avropa İttifaqına qarşı çıxış edir. Çünki Azərbaycan Aİ-nin etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir. Belə olan halda, AP Aİ əleyhinə fəaliyyətə start verib, yaxud qurum daxilində mərkəzdənqaçma ilə – separatizmlə məşğuldur? Cavabı sadəcə və məhz özləri üçün maraqlı olar!”.