Proses bu dəqiqələrdə başlayıb. Məhkəmə qapalı keçirilir və İntiqam Əliyev iclasa gətirilməyib.
Məhkəmədə Zakir Qaralovun protestini onun müavini Namiq Əsgərov müdafiə edir.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
***
Prezidentin imzaladığı son əfv sərəncamı ilə azadlığa çıxan Tofiq Yaqublu və Anar Məmmədli də İntiqam Əliyevə dəstək üçün məhkəmənin qarşısına gəliblər.
Vəkil Cavad Cavadov
Ali Məhkəmənin qərarı ilə İntiqam Əliyev 5 il müddətinə şərti cəza ilə azadlığa buraxılıb. Vəkil Cavad Cavadov jurnalistlərə açıqlamasında İntiqam Əliyevin yaxın saatlarda təcridxanadan azad olunacağını bildirib.(qafqazinfo)
İnterpress.az