Kamerunda yerli əhali arasında toqquşmalarda ən azı 23 nəfər həyatını itiribbackend

Kamerunda yerli əhali arasında toqquşmalarda ən azı 23 nəfər həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamerunun Uzaq Şimal bölgəsində yerli əhali arasında baş verən qarşıdurmalarda ən azı 23 nəfərin həyatını itirdiyi, 15 nəfərin yaralandığı bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Milli mətbuatda yer alan xəbərə görə, Uzaq Şimal bölgəsindəki Logone-et-Charidə fermer olan Kotoko icması ilə dolanışığını təmin edən Ərəb Çoa icması arasında torpaq mübahisəsi səbəbilə qarşıdurma yaranıb.

Qarşıdurmalarda indiyədək ən azı 23 nəfər ölüb, 15 nəfər yaralanıb.

Kamerunda 2021-ci ildə Kotoko və Ərəb Çoa icmaları arasında baş verən qarşıdurmalarda 26 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.