Nigeriya Milli Səhiyyə Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faisal Shuaib ölkədə 10 ayda difteriya epidemiyasından 600-dən çox insanın öldüyünü bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Şuaib jurnalistlərə bildirib ki, difteriya epidemiyası 10 aydır paytaxt Abuca ilə yanaşı 19 ştatda da yayılmağa davam edir.
Bu müddət ərzində 14 mindən çox şübhəli hadisənin qeydə alındığını və bunların 97 faizinin ölkənin şimalındakı Kano, Yobe, Katsina, Borno, Kaduna və Bauçi əyalətlərində aşkarlandığını izah edən Şuaib, 600-dən çox insanın öldüyünü bildirib.
Şuaib, hökumətin difteriya epidemiyası ilə mübarizə çərçivəsində oktyabrın 24-də peyvənd etməyə başlayacağını və NPHCDA-nın məktəblərdə və sağlamlıq mərkəzlərində peyvəndin tətbiqi üçün hərtərəfli kampaniya aparacağını bildirib.
Səhiyyə və sosial təminat naziri Məhəmməd Pate qeyd edib ki, ölkənin 19 ştatında difteriyaya yoluxmuş uşaqların 98 faizi peyvənd olunmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nigeriyada difteriya hallarının artması səbəbindən epidemiyaların ikinci dalğasının olduğunu təsdiqləyib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə çərçivəsində sentyabr ayında bu ölkəyə 9,3 milyon doza vaksin göndərib.
Burun qızdırması olaraq da bilinən difteriya “corynebacterium diphtheriae” adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.