A 320 təyyarəsini qaçıran şəxs artıq tələblərindən birini açıqlayıb.
O, Kiprdə siyasi sığınacaq tələb edib. Onun başqa tələbləri barədə hələki məlumat yoxdur.
Digər məlumata görə, həmin şəxs öncə Türkiyəyə uçmağı planlaşdırıb. Lakin yanacaq kifayət etmədiyindən təyyarə Kiprdə enib.
Artıq Misir prezidenti Əbdül Fəttah as-Sisi kiprli həmkarı Nikos Anastasiadis ilə telefonla əlaqə saxlayıb. Telefon danışığında qaçırılan А320 təyyarəsiylə bağlı vəziyyət müzakirə edilib.
***
İskəndəriyyədən paytaxt Qahirəyə uçan Misir Hava Yollarına aid sərnişin təyyarəsi qaçrılıb.
İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qaçırılan təyyarənin pilotu üzərində bomba olan bir sərnişinin əmrlərinə tabe olub.
Təyyarədə bomba olduğunu deyən oğrular polisə yaxınlaşmamaq əmri verib.
81 sərnişinin olduğu A-320 sərnişin təyyarəsi haqqında verilən ən son xəbərdə isə Kiprin Larnaka aeroportunda eniş etdiyi bildirilib.
İnterpress.az