NAYORA üzvlərinin hibrid formada növbəti məclisi keçirilib.
İnterpress.az xəbər verir ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən Məclisdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Məclisə sədrlik edən Araz Əhmədov hər kəsi salamladıqdan sonra, NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edib. Daha sonra NAYORA-nın Baş katibi Ramin Həbibzadə tərəfindən 5 aylıq fəaliyyət hesabatı təqdim edilib.
Həmçinin üzvlüyə müraciət edən təşkilatların nümayəndələrinin çıxışları dinlənilmiş, daha sonra onlayn və oflayn formada səsvermə keçirilmişdir. Məclisin sonunda səsvermə nəticəsində uğur qazanan təşkilatlar Gənclər Təşkilatları Milli Şurasında müşahidəçi statusunda üzvlüyə qəbul olunublar.