Həmin sənədləri ekstremistlər qədim şəhəri tələsik tərk edərkən unudublar.
Sənədlərdə elan edilir ki, kölə almaq istəyənlər baş ofisə gəlməlidirlər: “İslamı yaymaqla məşğul olan qardaşlarımız batalyon əmirinin qeydiyyatından keçməlidir. Sərəncamı imzalamayanlar kölə bazarına çıxmaq haqqı əldə edə bilməyəcəklər. Qiymətlərlə bağlı informasiya alış zamanı gizli konvertlə açıqlanacaq”.
Xatırladaq ki, martın 27-də Suriya ordusu Palmira şəhərini İŞİD qüvvələrindən azad etmişdi. (qafqazinfo)
İnterpress.az