Məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da münasibət bildirib və deyib ki, bu məsələlər, o cümlədən səs yazısı komitə tərəfindən araşdırılacaq.
Moderator.az mövzu ilə bağlı \”Tövbə\” Cəmiyyətinin sədri Hacı Əbdülün münasibətini öyrənib.
Hacı Əbdül deyib ki, bütün müsəlmanları Suriyada cihada cağıranlar, o cümlədən də Əlixan Musayev kimilər islam dinin düşmənləridir.
\”Tövbə\” Cəmiyyətinin sədri dövlətin bu şəxslərlə bağlı ciddi addım atmalı olduğunu bildirib: \”Təəssüf ki, hələlik biz bu cür addımları görmürük\”.
Hacı Əbdül bu cür şəxsləri gündəmdə saxlamağın doğru olmadığını vurğulayıb.
İnterpress.az