“Qulaqda infeksiyaların yaranma səbəbləri və yayılma yolları müxtəlifdir”.
İnterpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian deyib.
Mütəxəssisinin sözlərinə görə, qulaqda infeksiya 5 yolla yayıla bilər: “İnfeksiya xarici qulaq keçəcəyindən (transmeatal yol), burun-udlaqdan eşitmə borusu vasitəsi ilə (rino-tubar yol), qanda olan infeksiya vasitəsi ilə (hematogen yol), limfada dövr edən infeksiya vasitəsi ilə (limfogen yol) və travmatik yolla keçə bilər”.