Cənubi Koreya Şimali Koreyanı Rusiyaya silah göndərməkdə şübhəli bilindiyinə görə tənqid edibbackend

Cənubi Koreya Şimali Koreyanı Rusiyaya silah göndərməkdə şübhəli bilindiyinə görə tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında keçirilən sammitdən sonra Moskvaya silah göndərməkdə şübhəli bilinən Pxenyan administrasiyasına reaksiya verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam açıqlamasında Şimali Koreya ilə Rusiya arasında şübhəli silah sövdələşməsindən danışıb.

Şimali Koreya ilə hər cür qeyri-qanuni silah ticarətinin dayandırılmasının lazım olduğu barədə ittihamlar səsləndirib.

Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq üzərinə düşəni yerinə yetirməli olduğunu vurğulayıb.

ABŞ Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi oktyabrın 13-də Şimali Koreyanın Ukraynada istifadə üçün Rusiyaya silah tədarük etdiyini bildirib və deyib: “Bizdə olan məlumatlara görə, Şimali Koreya Rusiyaya 1000 konteynerdən çox hərbi texnika göndərib. Bu onu göstərir ki, o, avadanlıq və sursatla təmin edir.”

Ağ Ev Şimali Koreyanın Rusiyaya göndərdiyini iddia etdiyi çatdırılmanın peyk görüntülərini paylaşıb. Co Bayden administrasiyasının paylaşdığı görüntülərə görə, iddia edilən yüklər sentyabr ayında Şimali Koreyadan yola düşüb və oktyabrda Rusiyanın Tixoretsk şəhərinə çatıb.