Almaniya Polşa, Çexiya və İsveçrə sərhədlərində müvəqqəti yoxlamalar aparacağı barədə Avropa İttifaqına (Aİ) məlumat verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Almaniya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, nazir Nensi Fazer insan qaçaqmalçılığı cinayətləri ilə daha da mübarizə aparmaq və Polşa, Çexiya və İsveçrə ilə quru sərhədlərində müvəqqəti sərhəd nəzarətinin aparılacağını Aİ Komissiyasına çatdırıb.
Federal Polis Təşkilatının uzun müddətdir Avstriya sərhədində istifadə etdiyi nəqliyyat vasitələrini Polşa, Çexiya və İsveçrə sərhədlərində istifadə edə biləcəyi bildirilib.
Sözügedən ölkələrin sərhədlərindəki nəzarətlərin bu gündən etibarən 10 gün davam edəcəyi və ümumilikdə 2 ay müddətinə uzadıla biləcəyi, Avstriya sərhədindəki sərhəd nəzarətlərinin müddətinin isə 2000-ci ilə qədər uzadılacağı qeyd edilib.
Xatırladaq ki, son vaxtlar Polşa, Çexiya, Avstriya və İsveçrə sərhədlərindən Almaniyaya gələn qeyri-qanuni immiqrantların sayının artdığı bildirilmiş, bu ilin oktyabr ayının əvvəlinə qədər ölkəyə təxminən 98 min qeyri-qanuni immiqrantın daxil olduğu müəyyən edilmişdir. Bu rəqəmin 2022-ci ildə təxminən 92 min olduğu vurğulanıb. Almaniya 2015-ci ildən Avstriya sərhədində yoxlamalar aparır.