Gürcüstanda un bahalaşır, bir kisə üçün 52 lari limit var ki, unun qiyməti bundan artıq olmamalıdır.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Çörək Sənayesi Assosiasiyasının rəhbəri Malxaz Dolidzenin sözlərinə görə, əks halda çörək bahalaşa bilər.
Dolidzenin sözlərinə görə, çörək zavodları gürcü istehlakçılar üçün çörəyin qiymətini artırmayacağına söz verib, lakin bunun üçün unun qiymətini 52 lari daxilində saxlamaq vacibdir.
Bu mərhələdə 1 kisə gürcü ununun qiyməti 50 lariyə qədərdir, yüksək yapışqanlıq üstünlüyü olan rus ununun qiyməti isə demək olar ki, eynidir.
“Çörəyin qiymətini artırmayacağımıza söz vermişdik, amma qiymət baryeri keçən kimi nə edəcəyimizi düşünməyə başlayacağıq. Hələlik qiymət nə olursa olsun, çörəyə təsir etməyəcək, qiyməti saxlayacağıq, amma bütün bunların davamı nə olacaq, bilmirik, əsas keyfiyyətdir”, – deyə o bildirib.
Xatırladırıq ki, unun idxalına görə idxal vergisi 50 lari artaraq 250 lari təşkil edir. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, qəbul edilmiş qərar müvəqqəti tədbirdir və onun qüvvədə olma müddəti 2024-cü il martın 1-dək müəyyən edilib.