ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi qazandığı məvaciblə MLS tarixinin rekordçusudur.
İnterpress.az xəbər verir ki, MLS Oyunçular Assosiasiyasının araşdırmasına görə, Argentina millisinin üzvünün illik qazancı 12 milyon, zəmanətli təzminatı isə 20,4 milyon dollardır.
Zəmanətli kompensasiyaya maaşla yanaşı, bonuslar da daxildir. Reklam gəlirləri ilə birlikdə 36 yaşlı hücumçunun illik gəliri təxminən 50-60 milyon dollar təşkil edir.
Hazırda MLS-in ən yüksək maaş alan oyunçularının sıralamasında ikinci yeri “Toronto”nun yarımmüdafiəçisi Lorentso İnsinye tutur. Onun gəliri 7,5 milyon dollara bərabərdir. “Çikaqo Fayr”ın üzvü Cerdan Şakiri isə 7,35 milyon dollarlıq məvaciblə ilk “üçlüy”ü qapayır.
Maraqlıdır ki, “İnter Mayami”nin digər ulduz futbolçularından Serxio Busketsin illik qazancı 1,5 milyon, Xordi Albanın isə 1,25 milyon dollardır.