\”İnterpress.az\” Kipr\” xəbər agentliyinə istinadən xəbər verir ki, Mustafa quldurluqda, qanunsuz şəkildə partlayıcı maddə saxlamaqda, qanunsuz şəkildə insan hüquqlarını pozmaqla adam oğurluğunda, düşünülməmiş və səhlənkar hərəkətlər etməkdə və terrorizmə qarşı mübarizə haqqında qanunvericiliyi pozan cinayətdə ittiham olunur.
Xatırladaq ki, İsgəndəriyyədən Qahirəyə uçuş həyata keçirən \”EgyptAir\” aviaşirkətinin sərnişin təyyarəsi dünən qaçırılmış və Kiprdə yerə enmişdi. Sonda misirli təyyarə qaçıran günün ikinci yarısında sərnişinlərin hamısını azad etmiş, özü isə pilot kabinəsinin pəncərəsindən düşərək xüsusi təyinatlılara təslim olmuşdu.(Report)
İnterpress.az