İnterpress.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Günel Abbasova vurulub. G.Abbasovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hadisənin “Mercedes” markalı avtomobilin sürücüsü Lənkəran şəhər sakini 1976-cı il təvəllüdlü Rahim Yaqub oğlu Əsədullayev tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az