Həmin şəxslər rayonun müxtəlif kəndlərində fəaliyyət göstərən yeməkxanalardan 3 min manat dəyərində qiymətli əşya oğurlayıblar.
Göygöl sakini Rəşad İbrahimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus ictimai iaşə obyektindən qiymətli əşyaların naməlum şəraitdə oğurlandığını bildirib. Müraciət əsasında araşdırmalara başlayan polis ilk cəhddən cinayətin üstünü aça bilib. Müəyyən edilib ki, həmin oğurluq hadisəsini iki Gəncə sakini törədib.
Həmid Həsənov – müstəntiq: \”Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Gəncə sakinləri Hüseynov Elşad Qalib oğlu və Abdullayev Tural Vaqif oğlu tərəfindən törədilməsi müəyyən edilib. Hər iki şəxs saxlanılaraq istintaqa təqdim olunub\”.
Elşad Hüseynov və Tural Abdullayevin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər bir neçə gün əvvəl Çaykənd və Yenozod kəndlərində İman Məhərrəmov və Sərvin Aşurova məxsus ictimai iaşə obyektlərindən də oğurluq ediblər. Saxlanılan şəxslər hər üç oğurluq əməlini törətdiklərini etiraf ediblər.
Əsl peşəsi video-operator olan Tural Abdullayev bildirib ki, Çaykənd ərazisinə borcunu almağa gedib. Amma istəyinə nail ola bilmədiyi üçün oğurluq etməyə qərar verib.
\”Toğanaya səsgücləndirici satmışdım. Onun pulunun arxasınca getdik. Ora çatanda həmin adamı tapa bilmədik. Telefonuna zəng çatmırdı. Qayıdıb gələndə oğurluq etdik\”.
Elşad Hüseynov – saxlanılan şəxs: \”Kondisioner, motor və çən götürmüşük. Hamısını gətirib satdıq. Hərəsinin təxminən 60-65 manata satdıq\”.
Hər iki şəxs barəsində Göygöl Rayon Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb. İstintaq aparılır (Region TV).
İnterpress.az