İtaliyalı mafiya başçısı, 67 yaşlı Cuzeppe Skanqanın Gürcüstanda saxlanıldığı barədə məlumatlar yayılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Gürcüstanın baş prokuroru İrakli Şotadze faktı təsdiqləyib. Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq çərçivəsində saxlanılan şəxsin ekstradisiyası ilə bağlı prosedurlar davam etdirilir.
Mətbuatın yazdığına görə, o, 2020-ci ildə öz ölkəsində qiyabi olaraq mühakimə olunub və 11 il müddətinə azadlıqdan məhrum edilib. O vaxtdan Cuzeppe Skanqa üçün beynəlxalq axtarış elan edilib.
İstintaq müəyyən edib ki, müttəhim Turində müxtəlif cinayət əməllərinə görə məsul olan mafioz tipli birlik yaradıblar.