Fransada saxta bomba xəbəri ilə Versal sarayının boşaldılmasına səbəb olan şəxsə 8 ay həbs cəzası verilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, oktyabrın 19-da Versal sarayı üçün saxta bomba təhdidi etdiyi hesab edilən 37 yaşlı şəxs hakim qarşısına çıxıb.
Versal Məhkəməsi müttəhimi təqsirli bilib, 8 ay şərti həbs cəzasına məhkum edib və psixoloji müalicə almasına qərar verib.
Əvvəllər heç bir cinayəti olmayan və işsiz olan şəxsin ailəsi ilə birlikdə yaşadığı və şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Son günlər saxta bomba təhdidləri səbəbiylə Versal Sarayı 7 dəfə boşaldılırsa, məktəb, hava limanı və muzey kimi ictimai yerlərdə saxta bomba təhdidlərinin artması səbəbindən ölkədə 64 araşdırma davam edir.
Polis Versal Sarayının boşaldılmasına səbəb olan şəxsi telefonuna saxta bomba çağıraraq müəyyən edib və oktyabrın 20-də saxlayıb.