Avropa İttifaqının (Aİ) keçmiş Fələstin nümayəndəsi Sven Kühn von Burgsdorffun yamac paraşütü ilə uçarkən çəkdiyi video gündəmə gəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Burqsdorfun HƏMAS-ı “ilhamlandırdığı” iddia edilir.
Fələstinin Avropa İttifaqındakı (Aİ) keçmiş nümayəndəsi Sven Kühn von Burgsdorff sosial mediada “Həması ruhlandırdığını” iddia edərək tənqidlərə səbəb olub. Avqust ayında vəzifəsini tərk edən Burqsdorfun iyul ayında Qəzza zolağında yamac paraşütü ilə uçarkən çəkdiyi video bölgədə qarşıdurmaların başlaması ilə yenidən gündəmə gəlib.
65 yaşlı alman diplomat yamac paraşütündən sonra deyib: “Qəzza tarixində ilk yamac paraşütü uçuşunu etdim. Qəzzada hər şey mümkündür. Fələstin və Qəzza müstəqillik qazananda siz də bunu edə bilərsiniz”.
Sosial mediada və xarici mediada gündəm olan videoda HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının Əqsa daşqını əməliyyatı zamanı İsrail ərazisini motorlu paraşütlərlə keçdiyi xatırladılıb və alman diplomat tənqid edilib.