İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərindən biri olan Taysir Mübaşiri məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, o, HƏMAS-ın dəniz qüvvələrinə rəhbərlik edirmiş.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.