Ağ Ev, ABŞ-ın İsrail və Fələstin arasındakı münaqişənin daha geniş regional münaqişəyə çevriləcəyi təqdirdə Yaxın Şərqdəki vətəndaşlarının təxliyyəsi üçün “ehtiyatlı təcili tədbirlər planı” hazırladığını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Yaxın Şərqdə qarşıdurmaların genişlənəcəyi təqdirdə vətəndaşların bölgədən təxliyəsi üçün ehtiyat planının hazırlandığını bildirib.
Hazırda İsraildən evakuasiya uçuşlarından başqa digər ölkələrdəki vətəndaşları hədəfə almaq üçün heç bir səy göstərmədiklərini qeyd edən Kirbi, “gözlənilməz vəziyyətlər və ehtimallara” qarşı “ehtiyatlı təcili hərəkət planı”nın hazırlandığını ifadə edib.
Bildirilib ki, Ağ Ev 19-cu gününə qədəm qoyan İsrail-Fələstin münaqişəsinin şiddətlənəcəyinə dair artan narahatlıqlar səbəbindən fövqəladə vəziyyət planlarını dəyərləndirir.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb.
Qəzzadan həyata keçirilən hücumlarda 308-i əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.
Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 2 min 360-ı uşaq, 1292-si qadın olmaqla 5 min 791 adamın öldüyünü, 16 min 297 nəfərin isə yaralandığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 90-dan çox fələstinlinin həlak olduğu bildirilib.
Qarşıdurmalarda 20-si fələstinli, 3-ü israilli və biri livanlı olmaqla 24 jurnalist həyatını itirib.
Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 39 Hizbullah üzvü, 6 İslami Cihad Hərəkatının üzvü, 3 HƏMAS üzvü və Hizbullahın dəstəklədiyi sünni Müqavimət Briqadasının 2 üzvü həlak olub. jurnalist və 4 mülki şəxs həyatını itirib.
Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.