Səhər saatlarında Qərbi Gürcüstanın Ozurqeti bələdiyyəsinin Natanebi kəndində naməlum şəxslər Ədliyyə Evinə basqın ediblər.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, onlar Ədliiyə Evindəki bankomatı həyətə çıxararaq yarmağa cəhd göstəriblər, lakin hədəflərinə çata bilməyiblər.
Hadisə yerinə kriminal polisi cəlb edilib, soyğunçuların axtarışı davam etdirilir.
Məlumat üçün bildirək ki, sözügedən kənddə əvvəllər də 3 dəfə analoji hadisə yaşanıb.