Banqladeşin Koks-Bazar şəhərində Hamoon siklon qasırğası nəticəsində ilkin məlumatlara görə 3 nəfər ölüb, 63 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Cox’s Bazar komissarının müavini Məhəmməd Şahin İmran verdiyi açıqlamada fırtına nəticəsində 3 nəfərin öldüyünü bildirib.
Fırtınada yaralanan 63 nəfərdən 18-nin müalicəsinin davam etdiyini bildirən İmran, ilkin təsbitlərə görə 30 minə yaxın evin, elektrik və rabitə xətlərinin zədələndiyini bildirib.
Axtarış-xilasetmə işlərində iştirak edən səlahiyyətlilərdən Cihangir Elam şəhərdə 40 min insanın sığınacaqlara yerləşdirildiyini, 500 nəfərin isə evlərinin yaşayış yerinin hüdudlarından kənarda zədələndiyi üçün evlərini tərk etdiyini qeyd edib.
Hamoon siklon qasırğası səbəbindən Banqladeşin riskli bölgələrindən 1,5 milyon insan təxliyə edilib.