Qətər Hindistanın 8 zabitini casusluğa görə həbs edibbackend

Qətər Hindistanın 8 zabitini casusluğa görə həbs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər ədliyyəsi İsrailə casusluq ittihamı ilə mühakimə olunan 8 Hindistan dəniz qüvvələri zabitini edam cəzasına məhkum edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistanın NDTV televiziyasının məlumatına görə, Qətər məhkəməsi keçən il casusluq ittihamı ilə həbs edilən 8 Hindistan hərbi dəniz zabitini ölüm cəzasına məhkum edib.

Bildirilib ki, edam cəzasına məhkum edilmiş Hindistan hərbi dəniz qüvvələrinin keçmiş zabitləri Qətərin həyata keçirdiyi sualtı layihədə çalışıblar.

Qərarı “şok” olaraq xarakterizə edən Hindistan Xarici İşlər Nazirliyindən bildirilib: “Ölüm cəzası bizi çox sarsıtdı. Təfərrüatlı qərarı gözləyirik. Ailə üzvləri və hüquq qrupu ilə təmasdayıq və bu barədə danışırıq. bütün hüquqi variantları araşdırırıq”.

Hindistan Hərbi Dəniz Qüvvələrinin keçmiş üzvləri olan səkkiz hind zabiti 2022-ci ilin avqustunda Qətərdə bir sualtı qayıq layihəsi ilə bağlı İsrail adından casusluq etdikləri səbəbi ilə həbs edilib. Həbs edilən zabitlər ilk dəfə mart ayında məhkəmə qarşısına çıxarılıb.

Qətər rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.