Suriyanın Həsəkə əyalətində ABŞ qüvvələrinin yerləşdirildiyi hərbi bazaya yerdən-yerə silahlarla 4 ayrı hücum həyata keçirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ ordusunun Həsəkənin Harab Cabir hava limanındakı bazasına qurudan-yerə silahlarla 4 ayrı hücum təşkil edilib.
Hücumlar zamanı bazalara və ətrafına raketlərin düşdüyü öyrənildi, lakin can itkisi və yaralananlarla bağlı məlumat verilməyib.
Suriyanın cənubunda son 3 gündə ABŞ ordusunun yerləşdiyi Tenef bölgəsindəki bazaya, İraq sərhədinə yaxın Malikiyye rayonundakı Robarya bazalarına, Haseke və Şəddadi bölgələrindəki hərbi bazalara hücumlar təşkil edilib.
Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı YPG/PKK-nın, əyalət mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarəti altındadır.
İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına qurudan atılan silahlar və PUA-larla hücum edir.