Türkiyədə Düzcedə avtomobildən sızan qazdan zəhərlənən 5 nəfərlik ailə müalicəyə aparılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Metin C-nin Anadolu şossesində istifadə etdiyi avtomobilin LPG sistemində yaranan nasazlıq nəticəsində qaz sızması baş verib.
Yeşilyayla yerində dayanan sürücü, avtomobilin içərisində qaz qoxusu olmadığı üçün vəziyyəti sağlamlıq qruplarına bildirib.
Sakarya və Düzcedən hadisə yerinə gələn sağlamlıq qrupları qazdan təsirlənən sürücü ilə avtomobildəki digər ailə üzvləri Əhməd və Aysima Nuru, uşaqlar Səma və Hilal C-ni iki şəhərdəki xəstəxanalara aparıblar.
Düzce Atatürk Dövlət Xəstəxanasına aparılan 2 nəfərin yaxşı olduğu, Hendek Dövlət Xəstəxanasına aparılan 3 nəfərdən isə Səma və Hilal C-nin sağlamlıq vəziyyətinin ağır olduğu öyrənilib.