Rusiyanın Yapon dənizinin Sanqar boğazındakı gəmisində balonun partlaması nəticəsində bir dənizçi ölüb.
İnterpress.az Rusiya KİV-inə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Nəqliyyat Prokurorluğu yayıb.
Məlumata görə, gəmidə yanğın olmayıb, o, saz vəziyyətdədir.
Hadisə ilə bağlı araşdırma aparılır.