İran Silahlı Qüvvələri hərbi təlim keçirirbackend

İran Silahlı Qüvvələri hərbi təlim keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Silahlı Qüvvələri “İqtidar 1402” (“Güc-2023”) devizi altında irimiqyaslı hərbi təlim keçirir.

İnterpress.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, təlim İran Quru Qoşunlarının müxtəlif hissələrinin iştirakı ilə oktyabrın 27-28-də İsfahan əyalətinin Nəsrabad rayonunda keçirilir. Bu hərbi tədbirə artilleriya, tank, hava-desant qüvvələri cəlb olunub.

Təlim zamanı Hərbi Hava Qüvvələrinin dəstəyi ilə piyada, zirehli, raket, artilleriya, hava qüvvələri, pilotsuz uçuş aparatları, mühəndis, hava-desant, hərbi elektron, müasir döyüş bölmələri, kiber bölmələri öz tapşırıqlarını yerinə yetirəcəklər.