Azərbaycanda 25 yaşlı qızın faciəvi sonubackend

Azərbaycanda 25 yaşlı qızın faciəvi sonu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, rayonun Gərgər kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Ruhanə Niyazi qızı İsmayılova sirkə turşusu ilə zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilib.

Ona dərhal lazımı tibbi yardım göstərilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, R. İsmayılovanın cavan qardaşı bir müddət əvvəl dünyasını dəyişib. 25 yaşlı qadın da qardaşının həsrətinə dözmədiyi üçün sirkə turşusu içərək intihara cəhd edib.

Faktla bağlı Gədəbəy Rayon Polis İdarəsində araşdırma aparılır.(anspress)

İnterpress.az