İsrail “Hizbullah”ın Livandakı obyektinə raket zərbəsi endiribbackend

İsrail “Hizbullah”ın Livandakı obyektinə raket zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Livandan ölkə ərazisinə hücumlara cavab olaraq bu ölkəyə raket zərbəsi endirib.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, İsrail ordusuna məxsus qırıcı təyyarə “Hizbullah”ın hərbi obyektini gecə saatlarında vurub.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.