Baş pediatrdan ÇAĞIRIŞ: “Uşaqlara ana südü verin”backend

Baş pediatrdan ÇAĞIRIŞ: “Uşaqlara ana südü verin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev Azərbaycanda uşaqların icbari dispanserizasiyasının monitorinqinin nəticələri barədə hesabatı açıqlayarkən deyib. O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən lazım olan miqdarda qurdqovucu preparatların istifadə edilməsinə baxmayaraq, bu sahədə vəziyyət o qədər də qənaətbəxş deyil. “Bu da ailələrdə gigiyenik qaydalara əməl edilmədən buraxılan səhvlərdən qaynaqlanır. Ona görə də bu sahəyə diqqətimizi daha da artırmalıyıq\”. Baş pediatr bildirib ki, bu gün bizi ən çox narahat edən problem uşaqların tənəffüs sistemi xəstəlikləridir. “Xarici mühitlə ən çox təmasda olan sistem məhz tənəffüs sistemidir. Ona görə də xarici mühit faktorlarının tənəffüs üzvlərinə təsiri digər sistemlərə nisbətən daha qabarıqdır. Təəssüf ki, nəfəs aldığımız havanın tərkibində milyonlarla miqdarda və adda bakteriya və viruslar mövcuddur. Bu səbəbdən, dünyada olduğu kimi, Azərbaycanda da tənəffüs sistemi xəstəlikləri ön sıralardadır\”. N.Quliyev vurğulayıb ki, narahatedici digər məsələ qan və qan yaradıcı orqanların xəstəlikləridir: \”Onların da böyük əksəriyyəti anemiyalardır. Anemiyaların da ən geniş yayılan forması defisitli anemiyalardır. Bunun da əsas səbəbi uşaqlara göstərilən qulluq və qidalanmanın düzgün olmamasıdır. Bu da əksər hallarda ailələlərdən, uşaqların bəslənildiyi yerlərdən qaynaqlanır\”. N.Quliyev deyib ki, uşaqlarda anemiyanın ilk əlamətləri əsasən 2,5-3 aylığından sonra müşahidə edilməyə başlanılır: \”Bunun vaxtında qarşısının alınması üçün uşaqlar düzgün qidalanmalıdır. İlk növbədə uşaqlar ana südündən məhrum edilməməlidir. Süni qida ilə qidalanma uşaqlarda anemiyanın əmələgəlmə riskini daha da artırır. Qərara gəlmişik ki, uşaqların ilk iki ilində ana südü ilə qidalanması hallarını artırmaq üçün maarifləndirmə işlərini artıraq\”.(modern.az)

İnterpress.az