HƏMAS-la müharibədə İsrailin 311 hərbçisi ölüb.
İnterpress.az BBC-yə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari oktyabrın 28-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, oktyabrın 28-də gecə saatlarında keçirilən əməliyyat nəticəsində İsrail Müdafiə Ordusunun 2 hərbçisi ölüb.
Qeyd olunub ki, 2006-cı ildə İkinci Livan müharibəsi nəticəsində 121 israilli hərbçi ölmüşdü.
İsrail ordusu 1973-cü ildə ərəb-İsrail müharibəsində ən böyük itkiyə məruz qalıb. Onda yəhudi dövlətinin ordusu 2 656 itki verib.