Bakıda bu marşrut ləğv olundubackend

Bakıda bu marşrut ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Qafqazinfo-a istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, son zamanlar 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Belə ki, cari ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 2 piyadanı vurub və nəticədə 1 piyada vəfat edib.

Qeyd edilən marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən 63 saylı marşrut xəttinin fəaliyyəti 1 aprel 2016-cı il tarixindən etibarən dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyinin marşrut xətlərində apardığı təkmilləşdirmə işlərinin davamı olaraq 3 saylı marşrut xəttində də dəyişikliklər edilib. Belə ki, \”BakuBus\” MMC-yə məxsus 3 saylı marşrut xətti 1 aprel 2016-cı il tarixindən etibarən Şəhidlər xiyabanı – Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək.

İnterpress.az