Azərbaycan və Böyük Britaniya “yaşıl enerji” sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “X” hesabında qeyd edib:
“Həmsədr, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord ilə Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və ikitərəfli yaşıl enerji əməkdaşlığına dair müzakirələr apardıq”, – deyə nazir əlavə edib.