“Yaxın Şərqdəki münaqişə daha da genişlənə bilər”.
İnterpress.az xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati “France-Presse” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, ölkəsinin münaqişəyə cəlb olunmasının qarşısını almağa çalışır: “Mən öz öhdəliklərimi yerinə yetirirəm. Amma daha böyük eskalasiyanı da istisna etmirəm”.
Qeyd edək ki, daha əvvəl İsrail ordusu “Hizbullah”ın Livan ərazisindəki bazalarını bombalayıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayıb.