Suriyadakı ABŞ hərbi bazası atəşə tutulubbackend

Suriyadakı ABŞ hərbi bazası atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Suriyanın şərqi, Deyr-əz-Zor əyalətindəki “Koniko” təbii qaz yatağı yaxınlığında yerləşən hərbi bazası raket atəşinə tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin bazasının ətrafında və daxilində bir neçə partlayış olub.

Məlumata görə, bir müddət əvvəl ABŞ-nin hərbi komandanlığı Yaxın Şərqdəki bazalarının atəşə tutulması nəticəsində 20-dən çox hərbçisinin yaralandığını bildirmişdi.

Pentaqonun məlumatına əsasən, oktyabrın 17-dən 24-dək İrana bağlı olduğu ehtimal edilən qruplaşma ABŞ-nin İraqdakı və Suriyadakı hərbi hissələrinə bir neçə dəfə raket və PUA-larla zərbə endirib.