Məsələ ilə bağlı meyxanaçı İntiqam Rüstəmovla əlaqə saxlamağa çalışıb. Meyxanaçının oğlu Rüstəm Rüstəmov telefona cavab verərərək atasının Rusiyada olduğunu, yayılan xəbərlərin şayiədən başqa 1 şey olmadığını söyləyib:
“Boş söhbətdir, səhər bir jurnalist zəng vuraraq bizə məlumat verdi, təşvişə düşdük. Atam Rusiyadadır, onunla əlaqə saxladım. Elə o da xəbəri təkzib etdi. Yayılan məlumatlar yalandır”.
Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Lakin bu məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb edilib. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.
Yerli mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesində kriminal “sxodka” keçirilirmiş. İddia olunur ki, tanımış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını – Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub.
Mərasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir və bu sırada Perveuralskdan gəlmiş Əli adlı “qanuni oğru”, Vaqif (Kamışlovo), “Yuqra Cavanşir” və digər avtoritetlərin adı çəkilir. A. Ağayev ad gününü təntənəli keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Ehtiram və İntiqam Rüstəmov qardaşlarından başqa, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə “Oqni Baku” qrupu da dəvətli olub.(qafqazinfo)
İnterpress.az