Almaniyanın müdafiə naziri ölkəsini mümkün müharibəyə hazır olmağa çağırıbbackend

Almaniyanın müdafiə naziri ölkəsini mümkün müharibəyə hazır olmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, alman cəmiyyəti və silahlı qüvvələri Avropada mümkün müharibəyə hazır olmalıdır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pistorius Almaniyanın ZDF televiziyasına verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsinin Almaniya üçün tarixi dönüş nöqtəsi olduğunu bildirib.

Bu müharibənin siyasətdə və cəmiyyətdə zehniyyət dəyişikliyi gətirməli olduğunu bildirən Pistorius deyib: “Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq və bu, müharibəyə hazır olmalıyıq deməkdir. Biz özümüzü müdafiə etməyə hazır olmalı, alman silahlı qüvvələrini və cəmiyyətini buna hazırlamalıyıq”.

Pistorus əlavə edib ki, Almaniya müdafiə xərclərini artırmalı və silahlı qüvvələrini yeni təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilməsi üçün modernləşdirməlidir.