Toponimiya komissiyasının sədri: “Ermənistan Azərbaycan adlarına qarşı genosid aparıb”backend

Toponimiya komissiyasının sədri: “Ermənistan Azərbaycan adlarına qarşı genosid aparıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfindən Azərbaycan adlarına qarşı genosid aparılıb”.

İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin Toponimiya komissiyasının sədri İsa Həbibbəyli parlamentdə “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas tərkib hissəsindən biri tarixi toponimlərin bərpa edilməsidir: “Ermənistan SSR Ali Sovetinin rəsmi qərarı ilə 1946-1968-cı illərdə 663 yerin adları dəyişdirilib və erməniləşdirilib. Həmçinin, 1946-1954-cü illərdə 326 yer adı dəyişdirilib. Bu, açıq şəkildə Ermənistan tərəfindən Azərbaycan adlarına qarşı genosidin aparılması idi. Növbəti dalğa isə 1948-1953-cü illərdə olub, bu zaman 448 kənd tamamilə ləğv edilib və bu proses azərbaycanlıların sonuncu deportasiyasına qədər davam edib”.

Komissiya sədri qeyd edib ki, dünyanın heç bir ölkəsində Ermənistanın Qərbi Azərbaycanda yürütdüyü siyasətə oxşar siyasətə rast gəlinməyib: “Bu adların dəyişdirilməsi azərbaycanlıların toponimlərinin Ermənistandan tamamilə silinməsi ilə nəticələnib”.