Azərbaycanın ödənişli avtomobil yolunda ödəmə məntəqələri və qiymət cədvəli açıqlanıbbackend

Azərbaycanın ödənişli avtomobil yolunda ödəmə məntəqələri və qiymət cədvəli açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı–Quba–Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ödəmə məntəqələrini və qiymət cədvəlini açıqlayıb.

İnterpress.az-ın məlumatına görə, qurumun açıqlamasında deyilir ki, yolun ödənişli hissəsinin başlanğıc və son nöqtələri aşağıdakı kimi müəyyən olunub.

– Başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsi, 0-cı km, (mövcud magistral yolun 52-ci km-i);
– Son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsi, 129-cu km, (Qusar-Xudat yolunun 22-ci km-i).

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri isə belədir:

– Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i);
– Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i);
– Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i) ;
– Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i).

Ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu ödəniş məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər.