Azadinform xəbər verir ki, bu mövzuda süjet TTV-də yayımlanıb. Bildirilir ki, Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub. Bir qrup valideyn TTV-yə zəng edərək məktəbdə müəllimin şagirdlərin saçını qırxdığını iddia edib. Çəkiliş qrupu məktəbdə olub. Valideynlər və Elşad Tağıyev adına Tovuz rayon Cəlilli kənd tam orta məktəbinin müəllim kollektivi məsələni araşdırmaq üçün məktəbin həyətinə yığılıb. Valideynlər müəllimi şagirdə qarşı heç bir təlim tədris qaydalarına sığmayan davranışda ittiham edirlər. Valideynlər bildiriblər ki, məktəbin dərs hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxıb. Zeynəb Həsənova isə səslənən ittihamlarla razılaşmır. Rayon Təhsil Şöbəsi məktəbdə yaranan anlaşılmazlıqla bağlı xüsusi komissiya yaradıb. Komissiyanın araşdırmalarından isə ədalətli qərar və təlim-tərbiyə müəssisəsi olan orta məktəblərdə bu kimi xoşagəlməz halların yaranmasının qarşısını alacaq yekun nəticə gözlənilir.(azadinform)
İnterpress.az