Noyabrın 1-də Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş olub.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.
E.Makronun Qazaxıstana səfərinin bir gün davam edəcəyi bildirilib. O, daha sonra Özbəkistana yollanacaq.
Qazaxıstan KİV-ləri qeyd edib ki, bu ilin 8 ayı ərzində Qazaxıstan və Fransa arasında ticarət dövriyyəsi 2,7 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 21,1 faiz çoxdur.