Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Bir ölər, min dirilərik” vətən uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanların tanıdılması layihəsi çərçivəsində hazırladığı filmlərin təqdimat mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, toplantı şəhidlərimizin müqəddəs ruhlarının sayğı duruşu ilə yad edilməsi və dövlət himninin oxunması ilə başlayıb.
Bakı Dövlət Universitetində təşkil olunan tədbirdə çıxış edən DANİB sədri Elməddin Behbud bildirib ki, layihənin məqsədi rəşadətli, müzəffər Azərbaycan Ordusunun ikinci Qarabağ müharibəsində göstərdiyi müstəsna igidlikləri, yazdığı qəhərəmanlıq dastanlarını yeniyetmə və gənc nəsilə ötürərək vətənpərvərlik ruhunu yüksəltmək və Azərbaycanın müasir tarixinin zəfər salnaməsini olduğu kimi təbliğ etməkdir.
Təşkilat sədri hamının Prezident İlham Əliyevin “Biz Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq” fikrindən nümunə götürərək xalqımıza qələbə bəxş edən vətən övladlarını daim diqqətə saxlamalı olduğunu vurğulayıb.
Elməddin Behbud layihənin icrası çərçivəsində görülən işlər, filmlərin hazırlanması üçün şəhidlərlə bağlı aparılan araşdırmalar, həmçinin, Bakıda və Naxçıvandakı çəkilişlər barədə məlumat verib. Filmlərdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və dostlarının xatirələri yer alıb. Layihə çərçivəsinə 3 film hazırlanıb:
1. “Nur üzlü qəhrəman” (şəhid Nurəhməd Ulubəyov)
2. “Şəhidlik vurğunu” (şəhid Hüseyn Tağıyev)